Kürdəmirdə iki yük maşını toqquşdu
Kürdəmirdə iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə səhər saatlarında Ağsu-İmişli-Kürdəmir yolunun 39-cu kilometrliyində, Kürdəmir rayonunun Atakişilər kəndindən keçən hissəsində qeydə alınıb.
Sabirabad rayon sakini, 40 yaşlı Ağabala Gülbala oğlu Şükürovun idarə etdiyi yük maşını ilə arxadan gələn Laçın rayon sakini, 26 yaşlı Qərib İman oğlu Mürşüdovun idarə etdiyi eyni markalı maşın toqquşub. Qəza nəticəsində maşında sıxılmış vəziyyətdə qalmış Q.Mürşüdovu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yaralı Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisəyə səbəb kimi havanın dumanlı olması göstərilir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı