Azərbaycan prezidenti və xanımı ahıllarla görüşdülər
Beynəlxalq Ahıllar Günündə Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov prezident İlham Əliyevə ötən əsrin 60-cı illərində inşa edilmiş pansionatda aparılan yenidənqurma işləri barədə məlumat verib. Bildirilib ki, təmir çərçivəsində ümumilikdə 7 hektar ərazdə abadlaşdırma işləri aparılıb. Sahəsi 10 min kvadratmetrdən çox olan yeni korpusda 170 nəfərin yaşaması üçün hər cür şərait yaradılıb. Köhnə korpus isə təmirdən sonra 130 nəfərə xidmət göstərəcək.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatda yaşayan ahıl insanlarla görüşdülər.
Pansionat sakinləri yaradılan şərait və göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Ölkədə daha iki belə müəssisə fəaliyyət göstərir. Onlardan biri Gəncədə, digəri Naxçıvan Muxtar Respublikasındadır.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"