Aeroport yolundakı zəncirvari qəzada yaralananların sayı 22 nəfərə çatıb
Bakıda baş vermiş ağır zəncirvari yol qəzası nəticəsində xəsarət alanların sayı 22 nəfərə çatıb. Bu barədə APA TV-yə 3 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, Aeroport şosesindəki qəzadan sonra xəstəxanaya ümumilikdə 22 yaralı gətirib. Onlardan xəsarətləri nisbətən yüngül olanlara ilkin tibbi yardım göstərilib və ambulator müalicə təyin edilib. Beləliklə, 15 nəfər evə buraxılıb, 7 nəfərin isə xəstəxanada müalicəsi davam etdirilir.
Qeyd edək ki, Aeroport şosesində 160 saylı marşrut xətti ilə hərəkət edən “Daewoo” markalı avtobusla “Toyota Prado”, “Chevrolet”, “VAZ 2109” və daha bir neçə maşın toqquşub.
Suraxanı Rayon Polis İdarəsində hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Qəzanın dəqiq səbəbi və saxlanılanların olub-olmadığı hələlik məlum deyil.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı