Abşeronda “Opel” “KamAZ”a çırpıldı: 1 ölü
Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Müşfiqabad və Hacı Zeynalabdin Tağıyev qəsəbələri arasında yolda qeydə alınıb.
Habil İsmayılovun idarə etdiyi “KamAZ” markalı yük maşını ilə Məzahir Cəfərova məxsus “Opel” markalı minik avtomobili toqquşub.
Yararsız vəziyyətə düşən “Opel”in sürücüsü, 33 yaşlı Məzahir Cəfərov hadisə yerində dünyasını dəyişib, 31 yaşlı sərnişini Elşad İmanov isə təcili tibbi yardım briqadası tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. “KamAZ”ın sürücüsü Habil İsmayılovun ifadəsi alınıb. İlkin ehtimala görə, qəzaya “Opel”in yüksək sürətlə hərəkətdə olması səbəb olub.
Faktla əlaqədar cinayət işi başlanıb. Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı