Nardaran sakini qəsəbəyə qaz çəkmək üçün gətirilən boruları oğurladı
Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirib.
APA TV-nin məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə “Azəriqaz” İstehsalat Birliyindən Nardaran qəsəbəsinin infrastrukturun yenilənməsi və sosial problemlərinin həlli məqsədi ilə yeni qaz xətlərinin çəkilməsi üçün nəzərdə tutulan borulardan 260 metrinin oğurlanması barədə şikayət ərizəsi daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 3000 manat olan qaz borularını oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini Süleyman Salmanov saxlanılıb. Onun qəsəbə ərazisində yaşadığı evin həyətinə baxış zamanı oğurlanan qaz boruları aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı