Qonşulardan oğurluq edən qadın: "Ərimdən küsmüşəm, ona görə..."
Xəzər Rayon Polis idarəsinin əməkdaşları Yevlax rayon sakinləri İlhamə Bəbir qızı Olimadze və Turanə Akif qızı Əhmədovanı şübhəli şəxs qismində saxlayıb.
APA TV-nin xəbərinə görə, istintaqla müəyyən edilib ki, bu şəxslər ayrı-ayrı vaxtlarda Qobu qəsəbəsində vətəndaşlara məxsus mənzillərə daxil olaraq, ev sahiblərinin etibarından sui-istifadə etməklə oğurluq ediblər.
Müstəntiq Anar Bəxtiyarov cinayətlərin sübuta yetirildiyini bildirib: "Əhmədova Turanə yaşlı qadının infarkt keçirmiş həyat yoldaşına baxdığını görmüş, ona bir qonşu kimi köməklik etmək istədiyini deyib, zərərçəkənin başını qatdıqdan sonra onun yataq otağına daxil olub, orada olan şkafdan 3000 manat dəyərində olan qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurluq edib".
37 yaşlı İlhamə Olimadzenin sözlərinə görə, həmyerlisi ilə Bakıya gəlməkdə məqsədləri əkin işləri ilə məşğul olmaq olub. Bu məqsədlə Qobu kəndinə gəliblər.
26 yaşlı Turanə Əhmədova isə Yevlaxdan çıxıb şəhərə gəlməsinin səbəbini ikinci həyat yoldaşından küsməsi ilə əlaqələndirib: "Yoldaşımla bir aydan çoxdur danışmıram, küsülüyəm. Ona görə gəlmişəm..."
İstintaqla müəyyən edilib ki, bu şəxslər ötən ilin iyul ayında bir, bu ilin yanvar və fevral aylarında isə iki oğurluq faktlarında iştirak ediblər. Ümumilikdə vətəndaşlara 7 min manatdan yuxarı maddi ziyanın dəydiyi bildirilir. Zərərçəkənlər Tamella Ələsgərli, Solmaz Xanməmmədova və Elçin Məmmədov üzləşmə zamanı saxlanılan şəxsləri tanıdıqlarını bildiriblər.
Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı