Qubanın üç kəndində meşə yanğını olub
Ötən gün axşam saatlarında Quba rayonunda yanğın hadisəsi qeydə alınıb. APA TV-nin şimal bürosunun məlumatına görə, rayonun Qımıl kəndi ərazisində meşə massivində yanğın baş verib.
Hadisə yerinə FHN-in Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ümumilikdə bir hektar ərazidə quru kol-kos yanıb. Meşə sahəsi yanğından mühafizə olunub.
Analoji hadisə Quba rayonun daha iki kəndində olub. İkinci Nügədi kəndi ərazisində 2 hektar, Tülər kəndi ərazisində isə 3 hektar kol-kos yanıb.
Qusar və Xaçmaz rayonlarında da yanğınlar qeydə alınıb. Qusarın Xural və Mucuq kəndlərində kol-kos yanıb.
Yanğınların səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
21:36
479
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
511
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
600
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
556
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3394
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4153