Azərbaycan prezidenti Rusiya baş nazirinin müavinini qəbul edib
“Rusiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər hazırkı dövrdə ən yüksək səviyyədədir”. APA TV-nin məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə deyib.
O bildirib ki, dövlət başçıları arasında təmaslar nəinki artıb, bu təmaslar təkcə ikitərəfli münasibətləri deyil, hətta regional məsələlərin bütün spektrini əhatə edir. D. Roqozinin sözlərinə görə, son illər dünyada baş verən iqtisadi böhranın və karbohidrogen bazarında məlum hadisələrin mövcud olmasına baxmayaraq, Rusiya-Azərbaycan hökumətlərarası komissiyası əməkdaşlığı daha da genişləndirməyə nail olub.
“Hökumətlərarası komissiya səviyyəsində əlaqələrin müxtəlif sahələri, o cümlədən iqtisadi, mədəni, təhsil və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilir”, - deyə o vurğulayıb.
D.Roqozin bildirib ki, hazırda beynəlxalq aləmdə, Yaxın Şərq regionunda meydana gələn təhdid və təhlükələr, o cümlədən terror təhlükəsi regional səviyyədə müzakirə edilən mühüm məsələlərdir. O, Rusiyaya qarşı sektoral sanksiyaların tətbiq olunduğu dövrdə Azərbaycanın Rusiyanı fəal şəkildə dəstəklədiyini vurğulayaraq, Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artığını məmnunluqla qeyd edib. D.Roqozin Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyada çox yaxşı tanındığını, ölkəmizin məhsullarının yerləşdirilməsi üçün xüsusi anbarların yaradıldığını diqqətə çatdırıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı