Təhsil naziri: "Valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər"
Təhsil naziri Mikayıl Cabbarov orta məktəblərdə şagirdlərə məcburi şəkildə iş dəftərlərinin alınması məsələsinə aydınlıq gətirdi. Nazir bildirdi ki, belə bir fakt olsa, valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
APA TV-nin xəbərinə görə, nazir uşaq evlərində böyüyən gənclərin sonradan təhsillərini hansı formada davam etdirmələri barədə məsləyə də münasibət bildirdi. Nazir deyir ki, qanunvericiliyə əsasən, valideyn himayəsi olmayan uşaqların təhsil xərcləri dövlət tərəfindən ödənilir. Gələcəkdə də bu kimi tədris ocaqlarının məzunlarının cəmiyyətə inteqrasiyası üçün tədbirlər davam etdiriləcək.
18 nömrəli Bakı Peşə liseyində “Dülgər, xarrat-parket ustası” ixtisası “BOSCH” Resurs Mərkəzinin və “Bərbər” ixtisası üzrə tədris emalatxanasının açılışı keçirildi. Tədbirə qatılan Mikayıl Cabbarov emalatxanada yaradılan şəraitlə tanış oldu.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"