Tovuzda yanğın: köməyə gedən qonşu tüstüdən zəhərləndi
Tovuzda yaşayış binasında yanğın olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində Aybəniz Quliyevaya məxsus mənzildə qeydə alınıb.
Ev sahibəsinə kömək etməyə gedən qonşu İlham Hüseynov tüstüdən zəhərlənmə simptomu ilə, Aybəniz Quliyeva isə hipertonik kriz keçirdiyi üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
Hadisə yerinə FHN-in Tovuz rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 45 kvadratmetr olan iki otaqlı mənzilin mətbəxində mebel 10 kvadratmetr sahədə yanıb.
OXŞAR XƏBƏRLƏR
21:36
477
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
509
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
598
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
556
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3394
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4153