Jirinovski: "Türkiyənin sonu çatıb, Ərdoğan bunu çox gözəl bilir"
Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski Türkiyə ilə bağlı kəskin çıxış edib. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, partiya sədri Türkiyənin sonunun çatdığını bildirib.
O, bunun iki-üç il ərzində baş verəcəyini iddia edib. "Türkiyə bir neçə hissəyə bölünəcək. Ən böyük ərazidə isə Kürdüstan qurulacaq. Ərdoğan bunu çox gözəl bilir", - deyə Jirinovski əlavə edib.
Siyasətçi bu iddiasını Suriya məsələsində rəsmi Ankaranın İran və Rusiya ilə düşmənçilik etməsi ilə əlaqələndirib. O deyib ki, Türkiyə hakimiyyətinin İraqla da münasibətləri heç də yaxşı səviyyədə deyil.
Vladimir Jirinovski Avropaya da vaxt qoyub: "Avropa sistemi yaxın 20 il ərzində çökəcək. Bu indidən görünür, Yaxın Şərqdən, Afrikadan və Asiyadan olan axın sonunda böyük qarışıqlıqlara səbəb olacaq".
Müxalifətçi deputat bildirib ki, Avropalılar demokratiyaya çox düşkündürlər, onlar miqrantları rahatlıqla qəbul edirlər, amma unudurlar ki, qaçqınlar müharibə görmüş, qarışıqlıq və xaosdan çıxmış insanlardır.
"Avropalılar böyük səhv edirlər, əgər onlar yalnız özləri üçün çalışsaydılar, cənnətdə yaşayardılar", - deyə o əlavə edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı