Şirvanda yaşlı kişini gəmiricilər yedi: meyitini qonşular tapıb
Şirvanda 75 yaşlı kişinin meyiti yaşadığı mənzildən tapılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhəri, M.Əsədov küçəsindəki fərdi yaşayış evində meyiti tapılan 1941-ci il təvəllüdlü Quliyev Şirzad Möhsüm oğlunun bir müddət əvvəl öldüyü müəyyənləşib.
Onun meyiti qonşular tərəfindən aşkarlanıb və bu barədə polisə məlumat verilib. Meyit uzun müddət qaldığından sifət nahiyəsi, qulaq və burun hissələri gəmiricilər tərəfindən didilib.
Bildirilir ki, ölən şəxs oğlu ilə birgə yaşayıb. Onların hər ikisi ruhi xəstə olub. Mərhum yerli qurumlar tərəfindən dəfn ediləcək.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
21:36
479
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
511
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
600
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
556
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3394
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4153