Moskvada 4 yaşlı uşağı qətlə yetirən dayənin oğlu da tutuldu
Moskvada 4 yaşlı uşağı qətlə yetirən Özbəkistan vətəndaşı, 39 yaşlı Gülçöhrə Bobokulovanın oğlu da həbs edilib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu qadının atası Bəhrəddin Turiyev bildirib.
O deyib ki, Moskvada baş verən hadisədən sonra Gülçöhrə Bobokulovanın oğlu, 19 yaşlı Rəhmətulla Özbəkistanda saxlanılıb. Ata qızının qanlı əməlinə görə hamıdan üzr istəyib: “Bizim ailəmiz böyükdür. 6 qızım, 19 nəvəm, 1 nəticəm var. Biz hamımız onun elədiyindən dəhşətə gəlmişik. Əgər belə bir şeyi bağışlamaq mümkündürsə, onu bağışlayın, bizim hamımızı bağışlayın”.
Qeyd edək ki, Gülçöhrə Bobokulova barəsində həbs qərarının çıxarılması üçün aparıldığı məhkəmədə cinayəti çoxdan planlaşdırdığını və peşman olmadığını bildirib. O, başını kəsdiyi körpənin valideynlərindən üzr istəməkdən də imtina edib.
Əməliyyatçılar isə istintaq tədbirləri zamanı Gülçöhrə Bobokulovanın beynəlxalq ekstremistlərlə mümkün əlaqələri barədə dəlillər əldə ediblər. Belə ki, qadının telefonunda beynəlxalq ekstremistlərlə bağlılığı olan iki kişinin nömrələri tapılıb. Gülçöhrə Bobokulovanın həmin nömrələri telefonun yaddaşına bu il Özbəkistanda olduğu müddətdə daxil edildiyi bildirilir. Qanlı cinayətdən sonra telefonların ikisi də söndürülüb.
İstintaq ehtimal edir ki, 39 yaşlı dayə birlikdə yaşadığı Tacikistan vətəndaşı tərəfindən ekstremizm hərəkətlərinə cəlb edilib.
Xatırladaq ki, Gülçöhrə Bobokulova fevralın 29-da dörd yaşlı körpəni qətlə yetirib, evə isə od vurub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı