ABŞ-ın ən iri neft-qaz maqnatı yol qəzasında öldü
ABŞ-ın ən iri müstəqil neft-qaz şirkətlərindən olan “Chesapeake Energy”nin təsisçisi Obri Makklendon yol qəzasında ölüb.
APA TV-nin məlumatına görə, 56 yaşlı Makklendonun idarə etdiyi avtomobil Oklahoma şəhərində beton maneəyə çırpılıb. Polis intihar versiyasını nəzərdən keçirir.
Bir gün əvvəl o, antiinhisar qanunvericiliyini pozaraq cinayət törətməkdə ittiham edilib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Makklendona qarşı irəli sürülən ittihama əsasən, o, digər şirkətlərlə sövdələşərək təşkil etdiyi kommersiya tenderlərinin qaliblərini əvvəlcədən müəyyən edib.
“Chesapeake Energy” ABŞ-ın ən iri ikinci neft-qaz istehsalçısıdır. Şirkət 2015-ci ildə 14 mlrd. dollardan çox xalis gəlir əldə edib.
OXŞAR XƏBƏRLƏR
21:36
482
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
514
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
603
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
556
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3394
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4153