Bakıda kömpüter salonlarının qənimi ələ keçdi: polis onu tanıyanları axtarır
Bakının Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Müzəffər Məmmədova məxsus kompüter salonundan bir ədəd “Play Station” oyun dəstini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ayaz Məhərrəmov saxlanılıb.
APA TV-nin məlumatına görə, araşdırmalar zamanı saxlanılan şəxsin bu ilin fevralında paytaxtın Xətai, Yasamal və Sabunçu rayonlarının ərazilərində ümumilikdə 8 kompüter salonuna oğurluq niyyəti ilə daxil olduğu və həmin obyektlərdən oyun dəstlərini oğurladığı məlum olub.
Ayaz Məhərrəmov, saxlanılan şəxs: ““İnşaatçılar” metrosundan çıxdım. Girdim internet-kluba. Gördüm ki, heç kim yoxdur. “Play Station”u götürdüm, tez çıxdım. Apardım Əhmədlidə bir internet klubuna satdım”
Qeyd edilən faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları saxlanılan şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmir. A.Məhərrəmovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov RPİ-yə müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı