Hacıqabul sakini Bakıda “Kalaşnikov”la tutuldu
Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbirləri həyata keçirib.
APA TV-nin məlumatına görə, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Qaradağ rayon sakini Valeh Ağamuradov Lökbatan qəsəbəsi ərazisində şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd Macarıstan istehsalı olan P.37 modelli tapança və 6 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
BMCMİ əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri də uğurla nəticələnib. Baş İdarəyə Hacıqabul şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Abbasovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində M. Abbasov Qaradağ rayonu ərazisində saxlanılıb və onun əlindəki sellofan torbada sandıqçasında 12 ədəd patron olan “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.
Mübariz Abbasov, saxlanılan şəxs: “Avtomat silah var idi üstümdə. O silahı mən 1997-ci ildə zibillikdən tapmışdım. Gətirmişdim ki, onu satam. Polis əməkdaşları silahı üstümdə tutdular”.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı