Elman Rüstəmov: "Üzən məzənnə rejimi özünü doğrultdu"
Mərkəzi Bankın sədri Elman Rüstəmov Mərkəzi Bank tərəfindən son günlər keçirilən hərraclara tələbatdan az məbləğdə valyuta çıxarılması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
APA TV-nin xəbərinə görə, jurnalistlərə açıqlamasında baş bankir valyuta hərraclarına vəsaitin Mərkəzi Bank tərəfindən müəyyən olunmuş qrafik üzrə çıxarıldığını qeyd edib: "Banklarla aparılan sorğular göstərir ki, onlar ehtiyacları olduqları qədər valyuta alırlar. Gördüyünüz kimi, hər hansı başqa bir proses getmir, paralel bazar və digər proseslər getmir. Bu gün də bizdə hərracdır və hərracda kifayət qədər valyuta çıxarılacaq. Hesab edirəm ki, bazarın tələbatı ödəniləcək".
Elman Rüstəmov onu da qeyd edib ki, Mərkəzi Bank tərəfindən bazara valyuta çıxarılmasının yuxarı həddi ilə bağlı hazırda hər hansı meyar müəyyənləşdirilməyib. Baş bankir həmçinin son proseslərdən sonra idxal dinamikasında azalmanın müşahidə olunduğunu vurğulayıb: "Mərkəzi Bankın əsas vəzifəsi manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdır".
Bununla belə, Mərkəzi Bankın sədri üzən məzənnə rejiminin özünü doğrultması qənaətindədir: "Hesab edirəm ki, bu qərar özünü doğruldub. Bu proses gedir və hesab edirəm ki, yaranmış şəraitdə, dünyada neftin qiymətləri və gedən proseslər kontekstində bu düzgün qərardır və bütövlükdə Azərbaycanın strateji maraqlarını ifadə edir".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı