Ağdamda rəqs üstündə qətl: qardaşoğlu əmisini öldürdü
Ağdamda qətl hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun məcburi köçkünlər məskunlaşan Təzəkənd qəsəbəsində ad günü məclisi qanla bitib.
Rəqs etmək üçün mübahisə edən əmi və qardaşoğlunun davası zəminində 1986-cı il təvəllüdlü Cabir Məhəmməd oğlu Fərəcov 46 yaşlı əmisi Seymur Fərəc oğlu Fərəcovu bıçaqlayıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Cabir Fərəcov əmisini bıçaqladıqdan sonra qaçmağa cəhd etsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onu yaxalayaraq istintaqa cəlb ediblər.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
21:36
537
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
569
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
656
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
560
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3398
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4156