Ermənilər Ağdamda çərşənbə tonqallarını atəşə tutdu
Ermənistan Silahlı Qüvvələri ötən gecə cəbhə xəttində gərginlik yaratmağa çalışıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, düşmən Azərbaycan tərəfdə təqvimin əlamətdar günləri qeyd olunduğu vaxtlarda xüsusi fəallıq göstərir.
Martın 1-də ermənilər cəbhəyanı kənd sakinlərinin od çərşənbəsi tonqallarını gördükdən sonra yaşayış məntəqələrini intensiv atəşə tutub. Bu dəfə Ağdamın Çıraqlı kəndi hədəf olub. Çıraqlıların bayram əhval-ruhiyyəsini korlamağa çalışan ermənilər Azərbaycan Silahlı Qüvvələrinin sərrast cavab atəşindən sonra susmaq məcburiyyətində qalıb.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin ötən gecə Ağdam rayonunun Novruzlu, Nəmirli, Cəvahirli, Sarıcalı, Şuraabad, Kəngərli, Şıxlar, Baş Qərvənd kəndləri ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmasını təsdiqləyib. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 126 dəfə atəş zərbəsi endirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı