Lerikdə qonşusunu bıçaqlayan məktəb direktoru özünü güllələdi - YENİLƏNİB
Lerikdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Veri-Əliabad kəndində qeydə alınıb.
Veri-Əliabad kənd orta məktəbinin direktoru Adil Rəhimov şəxsi münaqişə zəminində qonşusu, 36 yaşlı Seyid Qurbanova çoxlu bıçaq zərbəsi vurub. Ağır bədən xəsarətləri alan Seyid Qurbanov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona lazımi tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törətmiş Adil Rəhimov daha sonra qəbiristanlığa gedərək, qardaşının qəbri üstündə özünü ov tüfəngi ilə vurmaqla intihar edib.
Polis araşdırmalara başlayıb.
OXŞAR XƏBƏRLƏR
21:36
536
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
568
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
655
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
560
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3398
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4156