Kürdəmirdə inək oğruları tutuldu
Kürdəmirdə oğurluq edən şəxslər tutulub. APA TV-nin yerli bürosunun xəbərinə görə, Karrar kənd sakini Mayisə Mənsumalı qızı İsbəndiyarova ona məxsus 1 baş, Cəyli kənd sakini Vidadi Tapdıq oğlu Xanaliyev isə ona məxsus 2 baş iri buynuzlu heyvanın oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat verib.
Məlumat əsasında Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayonun Qaracaqqallı kənd sakinləri - 28 yaşlı Cavad Cavan oğlu Məmmədov və onun həmyaşıdı Cabir Saləddin oğlu Abdullayev tutularaq istintaqa təhvil veriliblər.
İlkin dindirmə zamanı məlum olub ki, saxlanılan şəxslər M.İsbəndiyarovaya məxsus inəyi Ağsu bazarında tanıdıqları şəxsə 590 manata, digər iki baş heyvanı isə 350 manata tanımadıqları şəxsə satıblar. Oğruların tanıdıqları şəxsə satdıqları heyvan geri alınaraq sahibinə qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı