Cibgir: "Avtobus dayanan kimi polislər gəlib məni tutdu"
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 31 yaşlı Elçin Babayev saxlanılıb.
APA TV-nin xəbərinə görə, polis əməkdaşları əvvəllər dəfələrlə məhkum olunmuş Elçin Babayevi rayon ərazisində 20 nömrəli sərnişin avtobusunda tanımadığı bir qadının çantasından oğurluq edən zaman iş başında tutmağa nail olublar.
Araşdırma zamanı saxlanılan şəxsin Yasamal rayonu ərazisində 77, 211 və 96 saylı sərnişin avtobuslarında da cibgirliklə məşğul olduğu məlum olub: "Avtobusda bir qadınla mübahisəm düşdü. Avtobus dayanan kimi polis əməkdaşları gəlib məni tutdu".
Polis əməkdaşları saxlanılan şəxsin digər analoji cinayətlərdə də iştirak etdiyini istisna etmir. E.Babayevin cinayət əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Yasamal RPİ-nin 29-cu PB-nə müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı