Balakəndə maşın hasara çırpıldı: 3 yaralı
Balakəndə baş verən yol qəzasında biri ağır olmaqla üç nəfər xəsarət alıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə fevralın 29-da axşam saat 23:00 radələrində rayonun Tülü kəndi ərazisində baş verib.
Kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Vaqif oğlu Abdulov idarə etdiyi “VAZ-2106” markalı 62 BA 293 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı daş hasara çırpıb. Qəza nəticəsində sürücü Elvin Abdulov, onun həmkəndliləri olan sərnişinləri - 1985-ci il təvəllüdlü Əfqan Əziz oğlu Əzimov və 1984-cü il təvəllüdlü Ramil Nizam Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Xəstəxanadan verilən məlumata görə, yaralılardan Əfqan Əzimovun vəziyyəti ağır olduğundan, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar Elvin Abdulov və Ramil Bayramov xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı