İran parlamentinə seçkilər: islahatçılar mühafizəkarları əzdilər
İranda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, rəsmi nəticələrə əsasən prezident Həsən Ruhanini dəstəkləyən islahatçılar Qərb əleyhinə olan mühafizəkarlara böyük fərqlə qalib gəlib.
İslahatçılar 290 yerlik parlamentdə əksər deputat mandatlarına sahib çıxıblar. Məsləhət Şurasına keçirilən seçkilərdə isə ilk yerdə sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani qalib gəlib.
Seçkilərdə qalib gələn islahatçı deputatlardan biri olan Əlias Həzrəti bu üstünlüyü belə qiymətləndirib: "Tanınmış islahatçı simaların böyük əksəriyyətini seçkilərə buraxmasalar da, islahatçılar vəziyyətə adaptasiya ola bildiklərini və yeni simalar təqdim etmək gücündə olduqlarını göstərdilər. İranlılar islahatçı prezident Xatəminin dövrünü yaxşı xatırlayırlar. Buna görə də islahatçı hərəkata olan inamlarını göstərdilər".
İran parlamentində islahatçılar 85, onlara yaxınlıqları ilə seçilən mülayim mühafizəkarlar isə 73 mandat əldə ediblər. Radikalların əldə etdiyi deputat mandatlarının sayı 68-dir. Bu isə 32% azalma deməkdir. Parlamentdəki qalan deputat mandatlarının sahibləri seçkilərin ikinci turundan sonra bəlli olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı