ABŞ üçün önəmli gün: 13 ştatda ilkin seçkilər keçirilir
1 mart tarixi Birləşmiş Ştatların siyasi təqvimində çox önəmli gün hesab olunur.
APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, bu tarixdə 13 ştatda prezident vəzifəsinə ilkin seçkilər keçiriləcək.
ABŞ-da "Super Çərşənbə axşamı" adını almış bu günün nəticələrinə əsasən, Birləşmiş Ştatların 1 nömrəli vəzifəsi uğrunda mübarizə aparacaq namizədlər müəyyənləşəcək.
Respublikaçılar arasında keçirilən son sorğunun nəticələrinə görə, Donald Tramp hazırda liderlik edir. Demokrat düşərgədə isə sabiq dövlət katibi Hillari Klinton rəqibi Berni Sandersi əhəmiyyətli dərəcədə geridə qoyub.
Bu arada son günlər Donald Trampın seçki kampaniyası qalmaqalsız ötüşmür. Sonuncu belə insident Bazar ertəsi Virciniya ştatında keçirilən mitinq zamanı qeydə alınıb. Belə ki, Donald Trampın təhlükəsizliyini təmin etmək üçün təhkim olunmuş mühafizəçi "Time" jurnalı müxbirinin boğazından yapışaraq, onu yerə yıxıb.
D.Trampın özü isə insidentə münasibət bildirməkdən imtina edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı