Bakıda zərgəri bıçaqladılar
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Asif Məhərrəmov küçəsi-68 ünvanında yaşayan 27 yaşlı Fuad Vüqar oğlu Nəbibəyli bıçaqlanıb.
Naməlum şəxs Fuad Nəbibəylini yaşadığı binanın həyətindəki avtomobil dayanacağında bıçaqlayıb. Yaralı özü taksi ilə xəstəxanaya gedib. O, dərhal əməliyyat olunub. Həkimlər yaralıda bir bıçaq xəsarətinin olduğunu bildiriblər.
Hadisə barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə məlumat verilib. Zərgərliklə məşğul olan Fuad Nəbibəyli polisə onu bıçaqlayan şəxsi tanımadığını bildirib.
Lakin Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşları keçirilən əməliyyat nəticəsində hadisəni törədənin kimliyini müəyyən ediblər. Həmin şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı