Prezident İlham Əliyev İtaliya nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçiriləcək ikinci iclasının səmərəli olacağına və yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirən Azərbaycanın dövlət başçısı İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin başçılıq etdiyi nümayəndə heyətinin tədbirdə iştirakının önəmini qeyd edib.
Klaudio De Vinçenti İtaliyanın baş naziri Matteo Renzinin prezident İlham Əliyevlə ötən ilki görüşünü məmnunluqla xatırlayaraq, baş nazirin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb. Qonaq “Cənub Qaz Dəhlizi” layihəsinin həm İtaliya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə ölkələrimiz arasında mədəni sahədə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilib, bu istiqamətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlərin əhəmiyyəti xüsusi qeyd olunub. Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı həyata keçirilən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı