Ermənistan və Fransa prezidentləri Qarabağdan danışdılar
Parisdə Fransa və Ermənistan prezidentləri Fransua Olland və Serj Sarkisyan arasında görüş keçirilib.
APA TV-nin “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, Fransa prezidentinin administrasiyasının açıqlamasına əsasən, danışıqlarda Ermənistanın Avropa Birliyi (AB) ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.
Administrasiyanın açıqlamasında qeyd olunub ki, görüşdə xüsusi diqqət Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin axtarışına yönəlmiş danışıqların aparılması məsələsinə yetirilib. Fransua Olland və Serj Sarkisyan, həmçinin iki ölkə üçün qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərə də toxunublar. Dövlət başçıları Suriya böhranı və onun bölgə üçün mümkün fəsadlarını, həmçinin İranın nüvə proqramı ətrafında yaranan vəziyyəti müzakirə ediblər.
Serj Sarkisyan Fransada işgüzar səfərdədir. Səfər çərçivəsində onun oktyabrın 2-də Strasburqda AŞPA sədri Jan Klod Minyon, Avropa Şurasının sədri Turbörn Yaqland və Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjniekslə görüşü nəzərdə tutulub. Bundan başqa, Ermənistan prezidenti AŞPA-nın plenar sessiyasının iclasında məruzə ilə çıxış edərək deputatların suallarını cavablandıracaq.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"