Bakıda avtobus iki məktəbli qardaşı vurdu, biri öldü
Bu gün Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Maştağa qəsəbəsində 72 saylı marşrut avtobusu idarəetmədən çıxaraq, yol kənarında dayanan iki məktəblini vurub.
Şahidlərin APA TV-yə verdiyi məlumata görə, nəticədə onlardan biri hadisə yerində ölüb, digəri isə yüngül xəsarət alıb. Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilir.
3 saylı Şəhər Kliniki Xəstəxanasından Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbəsində 72 saylı marşrut avtobusunun törətdiyi qəzada yüngül xəsarət alan 7 yaşlı Nicat Cəfərzadə xəstəxanadan evə buraxılıb. N.Cəfərzadə və hadisə zamanı dünyasını dəyişmiş 14 yaşlı digər məktəbli qardaş imişlər. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, ölən məktəbli Cəfərzadə Ələm Kərəm oğludur.
Hadisəni törətmiş sürücü, 1984-cü il təvəllüdlü Bəxtiyar Nəsrəddin oğlu Zodanov saxlanılıb. Hadisə ilə bağlı istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı