Mərdəkanda "Narkomaniya bəşəri bəladır" mövzusunda tədbir keçirilib
Bakının Xəzər rayonunda "Narkomaniya bəşəri bəladır" mövzusunda tədbir keçirilib. APA TV-nin xəbərinə görə, tədbir Mərdəkan qəsəbəsindəki 181 saylı tam orta məktəbdə təşkil olunub.
Müəllim kollektivi ilə yanaşı, 250-dən çox yuxarı sinif şagirdinin iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd yeniyetmələrə narkomaniyanın insanlar və cəmiyyət üçün nə qədər böyük təhlükə olduğunu aşılamaq olub.
Tədbirdə Xəzər RPİ-nin rəisi Azər Muradov, rəis müavini İsmayıl Qasımov, Polis Akademiyası İnzibati fəaliyyət kafedrasının baş müəllimi Rafiq Nəcəfquliyev, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi Samir Ağayev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RPİ-nin rəisi Azər Muradov bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu bildirib. Narkomaniyanın fəsadları barədə şagirdlərə və müəllim kollektivinə rəis müavini İlqar Qasımov və Akademiyanın baş müəllimi Rafiq Nəcəfquliyev tərəfindən mülahizələr oxunub.
Tədbirin sonunda bu bəlaya düçar olanlar barəsində süjet təqdim olunub, şagirdləri maraqlandıran mövzular barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu, Xəzər Rayon Polis İdarəsinin orta məktəb və kolleclərdə narkomaniya mövzusunda keçirdiyi 9-cu tədbirdir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı