Lənkəranda iki "Jiquli" toqquşdu: 4 yaralı
Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 199-cu kilometrliyində, yolun rayonun Digah kəndindən keçən hissəsində qeydə alınıb.
Lənkəranın Mamusta kənd sakini, 1983-cü il təvəllüdlü Mətləb Malik oğlu Məmmədovun idarə etdiyi “VAZ-21015" markalı minik avtomobili Lənkəran şəhər sakini, 2000-ci il təvəllüdlü Kamran İlkin oğlu Abdullayevin idarə etdiyi "VAZ-2107" ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobilin sürücüsü daxil olmaqla, “VAZ-21015”-in iki sərnişini - rayonun Mamusta kənd sakinləri, 1963-cü il təvəllüdlü Sevil Həmid qızı Mirzəyeva və 1966-cı il təvəllüdlü Kamran Həmid oğlu Müseyibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan "VAZ-2107"-nin sürücüsünün vəziyyəti daha ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib. Qəza nəticəsində həmçinin hər iki minik avtomobili yararsız vəziyyətə düşüb.
İlkin versiya kimi hadisənin "VAZ-21007"-nin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi və qarşı yola çıxması səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq səbəbləri avtoekspertizanın verəcəyi yekun rəydən sonra məlum olacaq.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı