Neftin qiyməti 35 dollar ətrafında stabilləşir
Dünya birjalarında neftin qiyməti 35 dollar ətrafında stabilləşir. APA TV-nin məlumatına görə, son 24 saat ərzində "Brent" markalı neftin qiyməti 36 dolları keçsə də, həftənin son seansına qədər qiymətlər 35,16 dollar səviyyəsinə enib. Bununla da ötən həftəyə nisbətən bu həftə neftin qiyməti 2 dollar bahalaşıb. Qərbi Texas nefti də həftə ərzində bahalaşıb. Bu həftənin son seansında WTI markalı neftin qiyməti 32,86 dollar təşkil edib ki, bu da bir həftə əvvəlki qiymətdən 90 sent bahadır. Birjalarda növbəti hərraclar bazar ertəsi keçiriləcək.
Azərbaycan nefti də kəskin bahalaşıb.
Ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 2,8 dollar və ya 8,1% artaraq 37,22 dollar təşkil edib.
OXŞAR XƏBƏRLƏR
21:36
630
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
661
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
751
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
572
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3403
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4162