Bakıda 19 yaşlı piyadanı maşın vurdu
Ötən gecə Bakıda avtomobil piyadanı vurub. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.
Şəxsiyyəti hələlik müəyyən edilməmiş sürücünün idarə etdiyi avtomobil yolu keçmək istəyən piyada, 19 yaşlı Mətanət Səmədovanı vurub. Gənc qız müxtəlif dərəcəli xəsarətlər alıb. Dərhal hadisə yerinə təcili tibbi yardım birqadası çağırılıb. Yaralı 3 Saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Pirallahı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Piyadanı vuran avtomobilin müəyyənləşdirilməsi və sürücünün tapılması istiqamətinə əməliyyat-axtarış tədbirləri görülür.
OXŞAR XƏBƏRLƏR
21:36
630
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
661
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
751
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
572
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3403
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4162