Bakıda məktəbdə cinayət: 8-ci sinif şagirdi sinif yoldaşını bıçaqladı
Bakıda məktəblilər arasında mübahisə ağır cinayətə səbəb olub. 8-ci sinif şagirdi sinif yoldaşını bıçaqlayıb.
Hadisə Xəzər rayonu ərazisində, Binə qəsəbəsində baş verib. 136 saylı orta məktəbin 8-ci sinif şagirdi, 14 yaşlı İlkin Nurulu ilk dərsdən əvvəl sinif yoldaşı ilə mübahisə edib.
Mübahisə zamanı sinif yoldaşı İlkin Nurulunu bıçaqlayıb. Yeniyetməni ağır yaralı vəziyyətdə görən şagirdlər dərhal məktəb rəhbərliyinə məlumat veriblər. Məktəbin müəllimləri və hadisəni törədən şagirdin valideyni İlkin Nurulunu 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) orta məktəb şagirdinin bıçaqlanması faktına münasibət bildirib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arzu Tairquliyeva APA-ya açıqlamasında bildirib ki, bıçaqlanma hadisəsi məktəbdən kənarda baş verib: “Dərsə gələrkən sinif yoldaşları arasında dava düşüb. Nəticədə məktəbli sinif yoldaşını bıçaqlayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Erol Əliyevdən aldığımız məlumata görə, hadisəni törədən şagirdi atası polisə gətirərək, təhvil verib. Məktəbli sinif yoldaşını atasını söydüyü üçün bıçaqladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı