Səudiyyə hərbi təyyarələri Türkiyədə: İŞİD-İ VURACAQLAR
Səudiyyə Ərəbistanına məxsus dörd hərbi təyyarə Türkiyəyə gəlib. APA Tv-nin xəbərinə görə, Adanada yerləşən İncirlik hərbi hava limanına enən təyyarələr İŞİD terror təşkilatını vuracaq.
Təyyarələr BMT-nin qərarı ilə İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlarda iştirak etməklə yanaşı, Türkiyənin sərhəd təhlükəsizliyi uçuşlarına da qatılacaq.
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin rəsmi saytında verilən məlumata görə, İncirliyə göndərilən təyyarə sayı dörd, şəxsi heyət isə 15 nəfərdən ibarət olacaq. Ötən gün C-130 yükdaşıma təyyarələri ilə şəxsi heyət və sursat Adanaya gətirilib.
Beləliklə, Türkiyə-ABŞ ortaq müdafiə bazası olan İncirlikdə təyyarələri ilə birlikdə koalisiyaya qatılan beşinci ölkə Səudiyyə Ərəbistan olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı