Gürsüstanın sabiq dövlət naziri güllələndi
Naməlum şəxslər Gürcüstanın Azad Demokratlar Partiyasının liderlərindən biri, Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə sabiq dövlət naziri Aleksi Petriaşviliyə hücum edib, ona fiziki xəsarətlər yetirirək hər iki ayağından güllələyiblər.
APA-nın verdiyi xəbərə görə, bu barədə Gürcüstan DİN-in açıqlamasında deyilir.
İlkin informasiyaya əsasən A.Petriaşvili 3 dostu ilə birlikdə sabiq diplomat Levan Mikeladzenin məzarını ziyarət edərkən hücuma məruz qalıb. Hadisə barədə polisə cinayət hadisəsinin baş verdiyi ərazinin sakinləri xəbər verib.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər yetirmə) cinayət işi açılıb.
Gürcüstan DİN hadisə şahidlərini istintaqla əməkdaşlıq etməyə çağırıb. A.Petriaşvilinin vəziyyəti hazırda stabildir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı