"Fənərbaxça"nın rəqibi "Braqa" oldu
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatması keçirilib. APA TV-nin məlumatına görə, püşkatmada maraqlı və gərgin görüşlərin baş tutacağını indidən demək olar.
Belə ki, bu mərhələdə iki ingilis və iki ispan komandası bir-biri ilə qarşılaşacaqlar. "Liverpul" əzəli rəqibi "Mançester Yunayted", "Atletik" isə "Valensiya" ilə görüşəcək.
Digər qaşılaşmalarda "Şaxtyor Donetsk" - "Anderlext", "Bazel" - "Sevilya", "Villareal" - "Bayer Leverkuzen", "Sparta Praqa" - "Latsio", "Borussia Dortmund" - "Tottenhem" üz-üzə gələcəklər.
Türkiyənin "Fənərbaxça" klubu isə Portuqaliyanın "Braqa" komandasını ilk oyunda İstanbulda qəbul edəcək.
Xatırladaq ki, ilk oyunlar martın 10, cavab matçları isə martın 17-də baş tutacaq.
OXŞAR XƏBƏRLƏR
21:36
654
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
691
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
769
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
576
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3406
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4165