FHN Akademiyasında Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirildi
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anma tədbiri keçirilib.
APA TV-nin xəbərinə görə, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov Xocalı soyqırımı haqqında danışaraq, bu hadisənin XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd edib. Bu soyqırımı aktının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayan natiq bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır hərbi cinayət olduğunu diqqətə çatdırıb. O, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini bildirib və Xocalıda həyata keçirilmiş soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Azərbaycan prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb.
Tədbirdə çıxış edən Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov və Ümumi şöbənin baş zabiti kapitan Kəmalə Rzazadə Xocalı soyqırımının bəşər tarixində törədilmiş ən qanlı faciələrdən olduğunu nəzərə çatdırıb və cinayətin səbəbkarlarının layiqli cəzalarını alacaqlarına əmin olduqlarını bildiriblər.
Toplantıda Xocalı faciəsinə həsr olunmuş sənədli film də nümayiş olunub.
Tədbirdən sonra iştirakçılar Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə Akademiyada açılmış Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı