Elman Rüstəmov: "Növbəti devalvasiya olmayacaq"
Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov Novruz bayramı ərəfəsində devalvasiya olacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
APA TV-nin xəbərinə görə, Elman Rüstəmov deyib ki, bu barədə yayılan şayiələrin əsası yoxdur: “Görürsünüz ki, son zamanlar Azərbaycan manatı xarici valyutalar qarşısında möhkəmlənir. Digər tərəfdən, neftin qiyməti ilə bağlı dövlət büdcəsinə yenidən baxıldı. Həmçinin müşahidə edirik ki, son zamanlar neftin qiyməti yüksək olmasa da, stabil qalıb. Ölkənin xarici ticarət balansı ilə bağlı vəziyyət də inkişafa doğru gedir. “Üzən məzənnə”yə keçiddən sonra manatın kursunda problem müşahidə olunmur. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti devalvasiya bağlı deyilənlərin heç bir əsası yoxdur”.
Elman Rüstəmov bildirib ki, bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb: "Altı bankın lisenziyası ləğv olunub. Sistemdən zəif banklar uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib. Yalnız "AGBank" kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq".
Baş bankir bildirib ki, əmanətlərin Sığortalanması Fondunun vəsaitləri tükləndiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulduğu qaydada Mərkəzi Bank Fonda lazımi həcmdə vəsait verəcək: "Burada heç bir qorxulu şey yoxdur. Ləğv olunmuş bankların əmanətçilərinə kompensasiyaların verilməsi prosesi davam edir. Fondun qiymətli kağızları var idi, o kağızlar da satıldı, əvəzində müəyyən həcmdə vəsait cəlb olundu. Orada kəsir çox da böyük deyil. Mərkəzi Bank artıq o vəsaitlərin Əmanətlərin Sığortalanması Fonduna verilməsi ilə bağlı Fondla danışıqlar aparır. Bu, hər iki qurum arasında olan ilk əqd olacaq. Düşünmürəm ki, uçot dərəcəsindən yuxarı faiz dərəcəsi olacaq".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı