ABŞ-ın 21-ci ştatı Xocalı faciəsini tanıdı
ABŞ-ın Aydaho ştatının qubernatoru Buç Otter xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini Aydahoda “Xocalı Qətliamını Anma Günü” elan edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Baş Konsulluğa daxil olmuş bəyannamədə Xocalıqətliamı zamanı həyatını itirmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.
Qeyd edək ki, bu bəyannamə Aydaho ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk rəsmi sənəddir.
Sənəddə 24 il əvvəl - 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Həmçinin, qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.
Bəyannamə eyni zamanda Aydaho ştatının dövlət katibi Lorens Deni tərəfindən də imzalanıb.
Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 21-ə çatıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı