Rusiyada mədən çökdü: dağıntılar altında qalanlar var
Rusiyanın Vorkuta şəhərində yerləşən mədəndə uçqun baş verib. APA TV-nin məlumatına görə, hadisə Vorkuta şəhərinin “Şimal” dağ mədənində qeydə alınıb.
Uçqundan sonra şaxtanın içərisində olan fəhlələrlə əlaqə kəsilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, şaxtada 105 nəfər olub. Onlardan təxminən 60 nəfəri dərhal xilas edilib. Qalanları yavaş-yavaş xilas edilsə də, 8 nəfərdən xəbər yoxdur.
Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin 4 şöbəsi fəaliyyət göstərir. Şaxtada işlər dayandırılıb. Xilasedicilər içəridə qalan 8 nəfəri xilasetməyə çalışırlar.
OXŞAR XƏBƏRLƏR
21:36
653
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
690
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
769
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
576
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3406
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4165