Türklər rus “Lokomotiv”ini “vurdu” - QOLLAR
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində növbəti oyun keçirilib. APA TV-nin məlumatına görə, Moskvada “Fənərbaxça” “Lokomotiv”in qonağı olub. Türkiyə və Rusiya arasındakı siyasi gərginliyin fonunda ötən oyun rusların yarımmüdafiəçisi Dmitri Tarasovun “mayka” skandalı ilə başlayan həyəcan oyuna marağı daha da artırıb. Matç rusların üstünlüyü ilə başlayıb. Getdikcə təzyiqi artıran "dəmiryolçular" ilk hissənin sonunda hesabı açıb. Azərbaycan əsilli yarımmüdafiəçi Aleksandr Səmədov ikinci cəhddə topu braziliyalı Fabianonun qoruduğu qapıdan keçirib.
İkinci hissə də oxşar ssenari ilə davam edib. Ancaq 83-cü dəqiqədə Məhmət Topalın qolu moskvalılar üçün soyuq duş təsiri bağışlayıb. Ümumi hesabı 1:3 edən Topal "Fənərbaxça"nın növbəti tura keçidini rəsmiləşdirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı