Bakıda avtobus yanıb
Bakının Xətai rayonunda avtobus yanıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Xocalı prospektində, "Xətai" metro stansiyasının qarşısında qeydə alınıb.
Dayanacağa yaxınlaşan "21" nömrəli marşrut avtobusunun təkər hissəsində qəfil yanğın olub. Sürücü Tahir Nağıyevin sözlərinə görə, yanğın idarə etdiyi 10 TE 770 dövlət nömrə nişanlı "MAN" markalı avtobusun arxa təkərlərinin bir-birinə sürtünməsi nəticəsində baş verib: "Təkər bir-birinə sürtüb, partlayıb və nəticədə alışıb. Sərnişinlər avtobusdan düşürülmüşdü. Özümdə yanğın söndürən balon var idi. Tez müdaxilə etdim, daha sonra Fövqəladə Hallar Nazirliyinə zəng vurdum. Onlar da gəlib söndürdülər".
Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xətai rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğına dərhal müdaxilə olunub və alovun yayılmasının qarşısı alınıb.
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı