Nazir Kəmaləddin Heydərov Ağsuda vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov fevralın 25-də Ağsu şəhərində bölgə vətəndaşlarını qəbul edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, nazir Kəmaləddin Heydərov FHN-in Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Ağsu, Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarının sakinlərini, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünləri qəbul edərək onların müraciətlərinə baxıb.
Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və FHN-in fəaliyyəti ilə bağlı digər məsələlərlə bağlı olub.
Qəbulda nazir Kəmaləddin Heydərov, eləcə də nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciətləri dinlənilib, onlardan bir qismi yerindəcə həllini tapıb.
Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı