Əli Əhmədov: “Rusiyanın Ermənistana silah satması sabitliyin pozulması cəhdidir”
“Rusiyanın Ermənistana silah satması ikili standart və sabitliyin pozulması cəhdidir”. APA TV-nin xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib.
O deyib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı bir çox beynəlxalq qurumlar tərəfindən də təsdiq edildiyi halda, işğalçı dövlətə silah-sursatın satılması Cənubi Qafqazda sabitliyin pozulması, gərginliyin artması istiqamətində əlavə addımlar deməkdir: "Bəzi hallarda silah-sursat Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır. Əlbəttə, onların bu barədə həmişə bəhanələri olur. Ermənistanın Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının üzvü olmasını bəhanə gətirirlər. Bəhanəni həmişə tapmaq olar. Biz bunu pisləyir və ikili standartların bariz forması sayırıq. Əgər belə bir hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq”.
Prezident İlham Əliyevin İrana səfərini şərh edən Əli Əhmədov qeyd edib ki, bu səfər siyasi, iqtisadi və dostluq mənasında böyük əhəmiyyət kəsb edir. Həm Azərbaycan, həm də İran cəmiyyəti bu səfəri yüksək qiymətləndirir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı