Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı ticarət-iqtisadi əməkdaşlığa dair aktual məsələlər və beynəlxalq gündəmdə olan mövzular müzakirə olunub. Dövlət başçıları Azərbaycanla Rusiya arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Prezidentlər həmçinin Suriya münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparıblar, Suriyada atəşkəsin tətbiqinə dair Rusiya və ABŞ arasındakı razılığın həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Telefon söhbəti zamanı təmasların davam etdirilməsi barədə razılıq əldə edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı