Ədalət Əsgəroğlu torpağa tapşırıldı
Yazıçılar Birliyinin mətbuat katibi demək az olardı, bəlkə də o birliyin xeyli yükünü çiyinlərində daşıyan biri, şair Ədalət Əsgəroğlu dünyasını dəyişdi. Heç kim inanmadı. 57 yaşlı şairin qəfil ölümünə. Oğlu deyir ki, hər şey qəfil oldu...
Şair Vahid Əzizlə də yaxın idi, həm də qonşu. O üzdən də Vahid müəllim danışa bilmədi. "Danışacaq halda deyiləm", deyib getdi.
Bu insan elə bil şeirlərində demişdi hər şeyi - "Fələyin yazdığı yazılar"a təəssüflənmişdi, "Mənə demişdilər getmə bu yolu" təəssüfünü yaşamışdı, "Haqqı tikə-tikə bölən"ə etiraz eləmişdi, "Sözün özünə qurduğu xana"da qalmaq istəmişdi, "Fələk qəmi qoşa-qoşa göndərir" deyib yorğunluğunu ifadə eləmişdi. Çox əziyyət-əzabdan keçmişdi. "Yenə düyün-düyün qarışıq" halından yazmışdı. "Ağla"mışdı bəzən. "Yetiş dadıma gəl, Xudam" deyib üsyan elədiyi də olmuşdu. Gördüklərinə etiraz edəndə "Şahə qalxıb ağ yalanlar" yazmışdı.
"Sonaladı əcəl məni", "Ölüm haqq işidi" deyib, hamını ölümünə hazırlamışdı. "Dərdə qəmə bələnməyin", "Qərib quşlar ağlasın məni" söyləmişdi.
Bu balaca, dar, bir otaqlı mənzildə isə, cənazəsi qoyulan yer evinin dəhlizi oldu sonda. Ordan da Xırdalan məzarlığındakı mənzilinə köç edəcək Ədalət Əsgəroğlu.
Allah rəhmət eləsin.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"