Lənkəranda mağazadan 12 min manat pul oğurlandı
Lənkəran şəhər mərkəzi bazarında dəftərxana ləvazimatlarının topdansatış fəaliyyəti ilə məşğul olan Ramin Babayevə məxsus mağazadan 12 min manat dəyərində soyğunçuluq hadisəsi baş verib.
APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat verilib.
Zərərçəkənin sözlərinə görə, günorta saatlarında mağazanı bağlamaq məqsədilə çölə çıxıb. Rəflərdəki kitabları yığışdırmağa başı qarışan zaman onun diqqətsizliyindən istifadə edən naməlum şəxs içəri daxil olaraq Ramin Babayevin gödəkçəsinin çibindən pulları götürüb. Oğru tələsdiyindən əlindəki bağlamanı yaddan çıxararaq mağazada saxlayıb.
Ramin Babayevin sözlərinə görə, oğurlanmış pullar aldığı dəftərxana ləvazimatlarının ödənilməsi üçün olub. O, cibindəki 48 ədəd 100 manatlıq, 46 ədəd 50 manatlıq əsginasların yoxa çıxdığını biləndən sonra ətrafdakı müşahidə kameralarını yoxlayıb. Oğurluq edən şəxsin yaddan çıxararaq mağazada saxladığı bağlama ilə təhlükəsizlik kameralarına düşən görüntülərini əldə edib. Maddi sübut kimi həmin sellofan bağlama da polis şöbəsi əməkdaşlarına təhvil verilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, oğurluqda şübhəli bilinən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat tədbirləri görülür.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı