Azərbaycan prezidenti İranın ali rəhbəri ilə görüşüb
Fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneinin görüşü olub.
APA TV-nin xəbərinə görə, görüşdə tarixi, dini, mədəni köklərlə bağlı olan ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında birgə səylərin vacibliyi vurğulanıb, bu barədə iki ölkə prezidentlərinin görüşlərində də müzakirə aparıldığı bildirilib. Həmçinin səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına, Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcəyi qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
21:36
746
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
816
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
863
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
582
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3411
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4169