Nardaranda Yanğından Mühafizə Bölməsi açıldı
Nardaran qəsəbəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 24 nömrəli Yanğından Mühafizə Bölməsinin açılış mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, mərasimdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iştirak ediblər.
Məlumat verilib ki, 30 nəfər şəxsi heyəti olan bölmənin ərazisi 900 kvadratmetrdir. Bölmənin inzibati binası ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bölmənin ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma inşa olunub. İnzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana da var. Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobilİ ilə təmin edilib.
E.Mirzəyev jurnalistlərə açıqlamasında deyib ki, 24 nömrəli Yanğından Mühafizə Bölməsi Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il dekabr ayında Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamına müvafiq olaraq istifadəyə verilib: "Gələcəkdə bölmə əməkdaşlarının 60 faizi Nardaran sakinlərindən ibarət olacaq. Artıq bununla bağlı gənclərin ərizələrinin qəbul edilib".
E.Mirzəyev Nardaran gənclərinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakının digər rayonlarındakı hissə və bölmələrində də işə qəbul ediləcəyini qeyd edib. O, əvvəllər Nardaranda baş verən hadisələr zamanı Bakının digər rayonlarından yanğınsöndürənlərin cəlb olunduğunu, bunun da vaxt itkisinə səbəb olduğunu söyləyib: “Bölmənin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və yanğınsöndürmə tədbirlərinin operativ həyata keçirilməsini asanlaşdıracaq”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı